QAN YADDAŞI


Xocalı ağrısını yaşadan “Ağrı” romanı Azərbaycan dilində...

Bakı, 22 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Tərcümə Mərkəzi Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə “Ağrı” bədii-sənədli əsərini nəşr edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, İsrail müəllifləri Əmir və Arye Qutun ərsəyə gətirdiyi roman Azərbaycan xalqının unudulmaz Xocalı ağrısını real hadisələr və sənədli materiallar əsasında işıqlandırmaqla yanaşı, baş vermiş faciənin insan talelərinə vurduğu zədələrdən, beynəlxalq aləmin, hələ də bu bəşəri haqsızlığa laqeyd, susqun münasibətindən bəhs edir.

Əsərdə göstərilən faktlar Xocalı soyqırımının təfərrüatlarının üzə çıxarılması, törədilmiş tarixi cinayətlə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması baxımından fundamental əhəmiyyətə malikdir.

Bir neçə xarici dildə nəşr olunmuş kitabı dilimizə tanınmış Azərbaycan yazıçısı, tərcüməçi Saday Budaqlı çevirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.