REGİONLAR


Xocalı faciəsi dinc əhaliyə qarşı törədilən soyqırımı cinayətlərinin ən dəhşətlisidir

Balakən, 27 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Tariximizin ən qanlı səhifələrindən olan Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümü Balakən rayonunun mədəniyyət müəssisələrində silsilə tədbirlərlə anılıb.

Şəki Regional Mədəniyyət İdarəsinin Balakən rayonu üzrə nümayəndəsi Şəfəq Hacıyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, faciənin ildönümü ərəfəsində rayonun mədəniyyət işçiləri şəhid ailələrini ziyarət edib, Xocalı soyqırımının canlı şahidləri ilə görüşlər keçiriblər. Müəssisələrdə “Xocalı soyqırımını unutma”, “Xocalı - əsrin faciəsi”, “Bir yurd vardır – Xocalı”, “Xocalı uşaqların gözü ilə”, “Xocalıya gedən yol”, “Qanlı gecə” və digər mövzularda onlayn konfranslar, virtual sərgilər, kitab təqdimatları təşkil olunub, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Soyqırımının ildönümü ilə əlaqədar mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşlarının iştirakı ilə onlayn formatda keçirilən “Unudulmayan faciə, sağalmaz yara” mövzusunda konfransda çıxış edənlər Xocalı qətliamının Ermənistanın doğma Qarabağımızı işğal etmək məqsədi ilə başladığı işğalçılıq müharibəsinin gedişində azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətinin ən dəhşətlisi olduğunu diqqətə çatdırıblar. Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun mənfur düşmən üzərindəki şanlı Qələbəsindən, yeniyetmə və gənclərdə vətənpərvərlik hislərinin yüksəldilməsində, tarixi həqiqətlərin çatdırılmasında mədəniyyət işçilərinin üzərinə düşən vəzifələrdən bəhs olunub.

Faciənin ildönümü ilə əlaqədar rayon Mədəniyyət Mərkəzinin onlayn formatda təqdim etdiyi ədəbi-bədii kompozisiyada vətənpərvərlik ruhunda şeirlər səslənib, mahnılar ifa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.