REGİONLAR


Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir

Ağcabədi, 26 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan tarixinin dəhşətli və qanlı səhifələrindən olan Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş cinayətdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatında Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə keçirilən onlayn video-konfransda səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsi qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

YAP rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək, Xocalı faciəsinin baş verdiyi tarixi məqama nəzər salıb. Bildirib ki, 1992-ci ildə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciəsindən birini yaşaması ölkəmizin yeni tarixinə qara həriflərlə yazılıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi şovinistlələrin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar öz tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilib, bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Xocalı faciəsi ermənilərin həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən bu faciə zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.

Video konfransda bildirilib ki, Xocalı faciəsinin əsl qiyməti ulu öndər Heydər Əliyev tərəfindən verilməklə, qətliamın dünya ictimaiyyətinə çatdırılmasına başlanılıb. Hazırda Prezident İlham Əliyev tərəfindən bu missiya uğurla davam etdirilir. Xocalı faciəsinin dünyanın onlarla ölkəsində soyqırımı kimi tanımasına nail olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.