QAN YADDAŞI


“Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa yazı müsabiqəsinə yekun vurulub

Tərtər, 18 fevral, AZƏRTAC

Tərtər rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa yazı müsabiqəsinə yekun vurulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təhsil şöbəsinin gənclər və idman idarəsi ilə birgə təşkil etdiyi müsabiqənin birinci mərhələsi rayonun bütün məktəblərində, yekun mərhələsi isə Uşaq-Gənclər Şahmat Məktəbində keçirilib. Qırx dörd ümumtəhsil məktəbindən 44 şagirdin qatıldığı yekun turda şagirdlərə iki saat vaxt verilib.

Müsabiqənin yekun tədbirində çıxış edən gənclər və idman idarəsinin rəisi Emin Pənahov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində törətdikləri faciədən bəhs edib. Bildirilib ki, inşa müsabiqəsinin keçirilməsi gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması, faciə barədə həqiqətlərin tanıdılması məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.