REGİONLAR


Xocalı faciəsi qurbanlarının xatirəsi Yevlaxda dərin hüznlə anılıb

Yevlax, 27 fevral, AZƏRTAC

Xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümü respublikamızın hər yerində olduğu kimi, Yevlax rayonunda da dərin hüznlə anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciə qurbanlarının anım günü ilə əlaqədar olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri və Yevlax rayonunda məskunlaşan Xocalı sakinləri pandemiya dövrünün qaydalarına riayət etməklə Şəhidlər abidəsini ziyarət ediblər. Şəhidlər xiyabanında respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.