MƏDƏNİYYƏT


“Xocalı faciəsi rəsmlərdə” adlı virtual rəsm sərgisi açılıb

Bakı, 25 fevral, AZƏRTAC

Mədəniyyət Nazirliyinin karantin tədbirləri çərçivəsində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş tədbirlər planından irəli gələn tədbirləri həyata keçirmək məqsədilə, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası gənclərin iştirak edə biləcəyi müxtəlif vətənpərvər, maarifləndirici tədbirlərin keçirilməsini planlaşdırır.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bu tədbirlərdən biri "Xocalı soyqırımı rəsmlərdə" adlı virtual rəsm sərgisidir. Sərginin açılmasında əsas məqsəd Xocalı soyqırımının gənclərə tanıdılması və təbliğidir.

Respublika Gənclər Kitabxanasının təşəbbüsü ilə keçirilən virtual sərginin layihə rəhbəri Elnurə İsgəndərova, təşkilatçısı isə Aygün İsgəndərovadır. Sərgiyə hazırlıq işləri bir ay öncədən başlanılıb.

100 nəfərdən artıq gəncin qoşulduğu bu layihədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin və Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri ilə yanaşı, həvəskar rəssamlar da iştirak ediblər.

Sonra virtual sərginin qalibləri seçilərək, fəxri fərmanlarla mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.