REGİONLAR


Xocalı faciəsi xalqımıza qarşı aparılan soyqırımı siyasətinin ən qanlı səhifələrindəndir

Tərtər, 27 fevral, AZƏRTAC

Xocalı faciəsi ermənilərin iki əsrdən çoxdur ki, xalqımıza qarşı apardığı soyqırımı və deportasiya siyasətinin ən qanlı səhifələrindən biridir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı keçirilən “Xocalıya qayıdacağıq” adlı tədbirdə səsləndirilib. Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ermənistanın respublikamıza qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən danışıblar. Bildirilib ki, mərhələ-mərhələ həyata keçirilən bu siyasət nəticəsində azərbaycanlılar tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi şəkildə qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılaraq viran edilib.

Tədbir Mədəniyyət Mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiya ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.