MƏDƏNİYYƏT


Xocalı harayı

Bakı, 26 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi tədbirdə Xocalı faciəsinə həsr olunmuş slayd göstərilib.

Çıxış edən natiqlər qeyd etdilər ki, Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu xalqımıza qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi, öz amansızlığına və qəddarlığına görə, bəşəriyyətə və insanlığa qarşı törədilən cinayətdir.

Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına inamını ifadə edib.

Tədbir zamanı Xətai rayon 64 nömrəli tam orta məktəbin şagirdləri və BDU-nun tələbələri vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.