ELM VƏ TƏHSİL
“Xocalı irsi” adlı elektron təqdimat hazırlanıb
Bakı, 27 fevral, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları və YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatı üzvləri Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə “Xocalı irsi (muzey materiallarına əsasən)” adlı elektron təqdimat hazırlayıblar.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, elektron təqdimatın tərtibçisi böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədovadır. Muzeyin əməkdaşları, tarix üzrə fəlsəfə doktorları - Nasir Quluzadə, Aygün Məmmədova, Sevinc Nəsirova, Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov və Elmi kütləvi iş və təhsil şöbəsinin baş mütəxəssisi Pərvanə Əzimovanın təklif və tərtibatı ilə hazırlanan slaydda Xocalı ərazisində aşkarlanmış arxeoloji, etnoqrafik və numizmatik tapıntılarla yanaşı, şəhid olan Xocalı sakinləri haqqında məlumatlar təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]