MƏDƏNİYYƏT


Xocalı qurbanlarının xatirəsi anılacaq

Bakı, 18 yanvar, AZƏRTAC

Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən fevralın 23-də Parisdə Xocalı qurbanlarının xatirəsi anılacaq.

AZƏRTAC TEAS-ın saytına istinadla xəbər verir ki, bu münasibətlə “FeMusa” ansamblı və onun rəhbəri, azərbaycanlı skripkaçı Nəzrin Rəşidova çıxış edəcək.

Səsləndiriləcək əsərlər 1992-ci il fevralın 26-da Xocalıda ermənilər tərəfindən törədilmiş qırğın zamanı qətlə yetirilmiş 613 nəfər azərbaycanlı dinc sakinin xatirəsinə ithaf olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.