QAN YADDAŞI
Xocalı sakini: İyirmi doqquz ildir ağrı ilə yaşayıram
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı hadisələrində atam 48 gün erməni əsirliyində qalıb, qohumlarım amansız işgəncələrlə qətlə yetirilib. Faciədən iyirmi doqquz il keçməsinə baxmayaraq, hələ də bu ağrı ilə yaşayıram.
Bu sözləri fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edən Xocalı sakini Roza Fətəliyeva AZƏRTAC-a müsahibəsində deyib.
“O gecə bir şəhər yer üzündən silindi. Xocalıda törədilən qanlı qırğın insanlığa qarşı vəhşilik idi. Xocalıda qətlə yetirilən günahsız insanların qanı yerdə qalmamalıdır. Müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində torpaqlarımız işğaldan azad edildi, şəhidlərimizin qisası alındı”, - deyə R.Fətəliyeva qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.02.2024 [16:41]
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
- 28.02.2024 [17:00]
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
- 28.02.2024 [02:18]