CƏMİYYƏT


Xocalı sakini: Yadımdadır, ermənilər bir Xocalı sakininə ailəsi qarşısında olmazın əzabını yaşatmışdılar

Bakı, 26 fevral, AZƏRTAC

Erməni silahlı qüvvələrinin Xocalı sakinlərinə verdiyi işgəncənin miqyasına baxanda bu faciənin ağrısını sözlə təsvir edə bilmirəm. Təsəvvür edin, ermənilər körpə uşaqları, yaşlı qadınları elə bir işgəncə ilə qətlə yetirmişdilər ki, onların harayı hələ də yaddaşımdan silinməyib.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Xocalı sakini Murad Məhərrəmov deyib.

“Öldürmək azmış kimi, onlar cəsədləri də yandırırdılar. Yadımdadır ermənilər 3 uşaqlı bir Xocalı sakininə ailəsinin gözləri önündə olmazın əzabını yaşatmışdılar. Yəni Xocalıda ermənilər iç üzünü bütün dünyaya nümayiş etdirdilər. Qırx dörd günlük müharibə zamanı isə biz kənd və şəhərlərimizin, hətta qəbiristanlıqların tamamilə dağıdıldığının şahidinə çevrildik. Əmin olduq ki, erməni qəsbkarları bizim Qarabağda olan irsimizi məhv etməyə çalışırmış. Ancaq biz mənfur qonşularımızla üz-üzə dayanıb şanlı ordumuz sayəsində Qarabağı işğaldan azad etdik. Ümid edirəm, yaxın zamanda Qarabağa qayıdıb, oranı bərpa edəcəyik”, – deyə M.Məhərrəmov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.