MƏDƏNİYYƏT


Xocalı şəhidləri Kamera və Orqan Musiqi Zalında da anılacaq

Bakı, 20 fevral, AZƏRTAC

Fevralın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçiləcək.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində soyqırımı zamanı şəhid olmuş həmvətənlərimizin xatirəsinə orqan musiqilərindən ibarət hüznlü nəğmələr də səsləndiriləcək. Bədii rəhbəri Əməkdar incəsənət xadimi Tahirə Yaqubova olan tədbirdə Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.