Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Xocalı soyqırımı: Erməni faşizminin növbəti təzahürü

Xocalı soyqırımı: Erməni faşizminin növbəti təzahürü

Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bütün tarixi həqiqətlər işıq üzü görməli, ölkə və dünya ictimaiyyətinə çatdırılmalıdır

Bakı, 23 fevral, AZƏRTAC

Erməni vəhşilikləri tarixi faktların dili ilə

Yazıya dövlətimizin başçısı İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı ilə başlamağımız səbəbsiz deyil. Erməni millətçilərinin ayrı-ayrı dövrlərdə həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş, faciə qurbanlarının sayının qat-qat çox olduğunu bir daha dünyaya təqdim edən bu sənəd, eyni zamanda, tariximizi unutmamağa bir çağırışdır. O çağırış ki, ermənilər daim havadarlarının dəstəyinə arxalanaraq, özlərini beynəlxalq ictimaiyyətə “yazıq, məzlum, döyülən və əzilən” xalq kimi təqdim edib, dünya bu yalanları həqiqət kimi qəbul edərək, onları ərköyün uşaq kimi əzizləməkdən sanki zövq alıb. Amma unudulub ki, bir cinayətin cəzasız qalması növbəti cinayətə yol açır. Necə ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə tarixə XXI əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı yaşandı. Tarixi vərəqləməklə bu soyqırımına qədər azərbaycanlıların və türklərin müxtəlif zamanlarda ermənilərin soyqırımı və deportasiya siyasətinə məruz qaldıqlarının şahidi olar, bu günə qədər vəhşiliyi, insanlığa qarşı terroru özləri üçün bir prinsipə çevirən ermənilərə “gözün üstə qarşın var” deyilməməsindən təəssüf hissi keçiririk.

Araşdırmalar təsdiqləyir ki, XIX əsrin sonlarından etibarən çar Rusiyasının və digər dövlətlərin gizli və açıq himayəsindən istifadə edən erməni millətçiləri “böyük Ermənistan” yaratmaq xülyasına düşmüş, ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları törədərək, 2 milyona qədər günahsız türkü və azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər. 1905-1907-ci illərdə, onun ardınca 1918-1920-ci illərdə Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər yerlərində, habelə Tiflisdə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmışdır. O da məlumdur ki, 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilmişdir. Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdikləri soyqırımı qurbanlarına aid olduğu təsdiqləndi. 30 dekabr 2009-cu ildə ölkə Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında Sərəncam imzaladı. 2013-cü ilin sentyabrında Quba Soyqırımı Memorial Kompleksinin açılışı oldu. Memorial Kompleksdə tarixi sənəd və faktlar əsasında zəngin muzey yaradılıb. Kompleksin açılış mərasimində iştirak edən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir: “Sovet dövründə təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, - onların da mənfur adları orada göstərilir, - Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır. Erməni faşizminə o vaxt düzgün qiymət verilmədiyi üçün sonra tarixin müxtəlif dövrlərində erməni faşizmi öz yırtıcı sifətini nümayiş etdirmişdir”.

Tarixin saxtalaşdırılmasına yol verməməliyik

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşünün ziyalılarla olması da təsadüfü deyildi. Ümummilli Lider tarixçilərin qarşısında tarixin saxtalaşdırılmasına yol verməməyi əsas vəzifə kimi qoymuşdu. Araşdırmaların miqyasının genişləndirilməsi, tarixi faktların dili ilə kitabların çap olunması, müxtəlif dillərə tərcümə olunması 1993-cü ildən bu günə əsas çağırışlardandır. Ulu öndər Heydər Əliyevin, eyni zamanda, son 14 ildə bu siyasətin layiqli davaçısı Prezident İlham Əliyevin çağırışına uyğun olaraq tarixçilərimiz xeyli sayda araşdırmalar aparmış, zəngin faktlar ortaya çıxarmış və onlara istinadən kitablar çap olunmuş və dünya ictimaiyyətinə çatdırılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının 2011-ci ildə keçirilən ümumi illik yığıncağında “Biz təşəbbüslərimiz, tarixə müraciətimiz və konkret dəlillərlə, faktlarla mövqeyimizi əsaslandırmışıq ki, İrəvan Ermənistanın paytaxtı kimi Azərbaycan dövləti tərəfindən 1918-ci ildə verilmişdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev qeyd etmişdir ki, İrəvan xanlığında yaşayan əhalinin əksəriyyəti azərbaycanlılar idi: “Zəngəzur mahalı qədim Azərbaycan torpağıdır və süni şəkildə Ermənistana verilmişdir. Zəngəzur mahalının Ermənistana verilməsi böyük ədalətsizlik idi. Doğma torpağımızın bir parçası Ermənistana birləşdirildi. Bunun çox böyük mənfi nəticəsi oldu. Bu, bütün türk dünyasını parçaladı. Bu gün türk dünyası coğrafi baxımdan parçalanıb”.

Düzdür, biz siyasi addımlarla, iqtisadi təşəbbüslərlə, türkdilli dövlətlərin zirvə görüşlərinin keçirilməsi ilə, - mən TÜRKSOY-un fəaliyyətini də qeyd etməliyəm, - çalışırıq və çalışacağıq ki, bütün türk dünyasını birləşdirək, siyasi maraqları birləşdirək, iqtisadi sahədə daha da çoxtərəfli əməkdaşlıq aparılsın. Ancaq coğrafi cəhətdən bu gün türk dünyası parçalanıb. Yəni, bütün bu tarixi həqiqətlər işıq üzü görməlidir. Nəinki ölkə daxilində, eyni zamanda, xaricdə də bunu bilməlidirlər. Ona görə bu kitabların xarici dillərdə nəşri xüsusi məna daşıyır”. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması artıq ermənilərin və erməni diasporunun yalanlarının ayaq tutsa da yeriməməsini şərtləndirdi. Faktlara istinadən bu reallıqlar da beynəlxalq təşkilatların tribunasından bəyan edilir ki, bütün indiki Ermənistan ərazisinin əksər toponimləri Azərbaycan mənşəli toponimlərdir. Hətta bunu Böyük Sovet Ensiklopediyasında da görmək mümkündür. “Erməni təbliğatı bütün dünyada bizə qarşı işə salınıbdır” söyləyən cənab İlham Əliyev bildirir ki, biz isə həqiqətləri çatdırmalıyıq ki, Xankəndi şəhəri Stepanakert deyil, Xankəndidir: “Stepanakert quldur dəstəsinin rəhbəri Şaumyanın adına verilmişdir. Mən dəfələrlə bu barədə demişəm, əgər o yaşayış məntəqəsinin tarixi adı olsa idi, o tarixi adı ermənilər bərpa edərdilər. Bu, bizim torpağımızdır. Elmi araşdırmalar və elmi əsərlər, kitablar çox vacibdir. Mən çox şadam ki, bu istiqamətdə işlər gedir. Biz bu sahədəki işimizi daha da gücləndirməliyik, müasirləşdirməliyik. Bu məsələlərə nəinki alimlərimiz, hesab edirəm ki, ictimaiyyətin üzvləri də internet vasitəsilə fəal qoşulmalıdırlar. Nəzərə alsaq ki, həqiqət və tarixi ədalət bizim tərəfimizdədir, bu, bu gün də lazımdır, gələcək üçün də”.

Müasir dövrün informasiya mübarizəsi dövrü olduğunu nəzərə alsaq, erməni vəhşiliklərini bütün mövcud imkanlardan istifadə edərək dünyaya çatdırmalıyıq. Ümid edək ki, nə zamansa dünyanın gözü həqiqəti görəcək, qulaqları isə həqiqəti eşidəcək.

Cinayət cəzasız qalanda…

Ermənilərin başına çəkilən sığal 1988-ci ildə əsassız torpaq iddialarının baş qaldırmasına yol açdı. Bunun nəticəsi olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yarandı. Nəticədə ərazilərimizin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı daha yeddi rayon – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal olunmuş, 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuşdur. 4750 adam əsir və itkin düşmüş, girov götürülmüşdür. 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Münaqişə nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın sayı bir milyondan çoxdur. Azərbaycanın müstəqillik tarixinin ilk illərində- 1991-1993-cü illərdə yaşadığı durumu xarakterizə edərkən informasiya blokadasında olması xüsusi qeyd olunur. Ölkəmiz haqqında məlumatsızlıq ermənilərin və erməni lobbisinin yalan təbliğatının həqiqət kimi qəbul olunmasına yol açırdı. Məhz bu yalan təbliğata uyğun olaraq 1992-ci ildə ABŞ Konqresi Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişi tətbiq etdi. Ermənilərin təbliğatında Azərbaycan “işğalçı dövlət” kimi təqdim olunurdu. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin ətrafında yaradılan informasiya blokadasının aradan götürülməsinə geniş yol açdı. Ümummilli lider hər bir ölkəyə səfəri çərçivəsində keçirdiyi görüşlərdə əsas diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltdi, erməni yalanlarını faktlar əsasında ifşa etdi. Ən əsası münaqişənin ermənilərin əsassız torpaq iddiasına dəstək verən ölkələrin himayədarlığı ilə yaradıldığı və beynəlxalq münaqişəyə çevrildiyi üçün həllinin uzandığını ən yüksək tribunalardan bəyan etdi. İllərdir ermənilərə bu himayədarlıqların davamlı olmasının nəticəsidir ki, onlar daha böyük iddialarla yaşayır, törətdikləri vəhşiliklərin miqyası daha da genişlənir. Bu vəhşiliyin, cinayətin növbəti təzahürü Xocalı soyqırımı oldu.

Xocalı harayı dünyaya səs salır

Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Dövlətimizin başçısı İlham Əliyevin Quba Soyqırımı Memorial Kompleksinin açılış mərasimində söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Xocalı soyqırımını törədənlər bu gün Ermənistan rəhbərliyində təmsil olunan adamlardır. Bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yəni, biz bunu “erməni soyqırımı” mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük. Videomateriallar, fotoşəkillər, canlı şahidlərin ifadələri – bütün bunlar həqiqətdir və reallıqdır. Ancaq nədənsə bəziləri bunu görmək istəmir, bəziləri bu günə qədər də erməniləri qurban kimi təqdim etmək istəyirlər. Əlbəttə ki, bunun səbəbi vardır. Dünyada fəaliyyət göstərən erməni lobbisi və onun nəzarəti altında olan bəzi riyakar və rüşvətxor siyasətçilər tarixi tamamilə təhrif edərək bütün günahı Azərbaycanın üzərinə qoymağa çalışırlar. Bu ədalətsizlik bu günə qədər də davam edir. Xocalı soyqırımı zamanı 613 günahsız insan ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Əgər burada uyuyan soydaşlarımız soyuq silahlarla və küt alətlərlə öldürülmüşlərsə, Xocalıda artıq soydaşlarımız avtomatlarla, qumbaralarla öldürülmüşdür. Yüzlərlə insan itkin düşmüşdür. Xocalıda ermənilər tərəfindən 63 uşaq, 106 qadın öldürülmüşdür. Bu, misli görünməmiş vəhşilikdir”. Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələr xalqımızın tarixinə qanlı hərflərlə yazılıb. Xocalı soyqırımının statistikası belədir: Hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyildir. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Ermənilərin bu vəhşiliyi hərtərəfli planlaşdırılmış və məqsədi bəlli olan addım idi – dinc sakinləri milli mənsubiyyət əlamətinə görə qismən və ya tamamilə məhv etmək. Beynəlxalq hüquqa əsasən bu kimi vəhşiliklər, cinayətlər, insanlığa qarşı terrorlar soyqırımı kimi dəyərləndirilsə də, dünya hələ də ədaləti maraqların arxasında əritmək missiyasını yerinə yetirir. Azərbaycan dövləti 26 ildir ki, faciənin soyqırımı kimi tanınması istiqamətində ciddi səylər göstərir, addımlar atır. Bu sahədə məqsədyönlü fəaliyyətə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanılıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilib. Son 14 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həqiqətlərimizin, o cümlədən Xocalı faciəsinin dünyaya çatdırılması istiqamətində atdığı addımların uğurlu nəticələri göz önündədir. Dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə Xocalı faciəsinin 20 və 25 illiklərində paytaxtın mərkəzi meydanından Xətai rayonunun ərazisində ucaldılmış “Xocalı soyqırımı” abidəsinə doğru yürüşün təşkili təbliğatımızın əsas tərkib hissələrindəndir. Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyan on minlərlə insanın iştirak etdiyi izdihamlı yürüşlər sübut edir ki, xalqımız tarixinə qanla yazılmış bu faciəni heç vaxt unutmur. Bu yürüşlər həm də Azərbaycan xalqının sıx birliyini, şəhidlərinin xatirəsinə ehtiramını, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini ortaya qoyur.

Həqiqətlərimizin təbliğində Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimləri keçirilir. Bu aksiyaların iştirakçılarına Fond tərəfindən hazırlanmış, Qarabağın və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən materiallar, bukletlər, fotoalbomlar və kitablar paylanılır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da genişləndirir. Faciə ilə əlaqədar faktlar bu kampaniya çərçivəsində beynəlxalq ictimaiyyətə çatdırılır, erməni millətçilərinin əsl siması açıqlanır. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 20-dən çox ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qətiyyətlə pisləyiblər. Artıq göründüyü kimi, həqiqətə həqiqət gözü ilə baxan dövlətlər, təşkilatlar var. Ümid edək ki, bu sıralama daha da genişlənəcək, Xocalı harayını dünya ədalətli cavablandıracaq. Məlumdur ki, qonşu dövlətlərə, o cümlədən Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq, bunun vasitəsi kimi seçdikləri işğalçılıq, soyqırımı və dövlət terrorizmi siyasətini pərdələmək üçün erməni millətçiləri guya 1915-ci ildə türklər tərəfindən soyqırımına məruz qaldıqları barədə uydurmalara rəvac vermişlər. Maraqlıdır, təcavüzkar və cinayətkar özünü təcavüzün və cinayətin qurbanı kimi qələmə verir, beynəlxalq ictimaiyyətdən dəstək gözləyir. Çox təəssüflər olsun ki, bu dəstəyə müəyyən səviyyədə nail olublar. Əgər dünyanın iri dövləti-Fransa heç bir araşdırma aparmadan “erməni soyqırımı”nı qəbul edib, digər ölkələri də bu addımı atmağa çağırış edirsə, artıq ədalət deyilən prinsipdən danışmaq mümkünsüzdür. Unutmayaq ki, Fransada, hətta “erməni soyqırımı”nı tanımayanlara qarşı cəzanın tətbiq olunması məsələsi gündəmə gətirildi. Xocalı faciəsi kimi real soyqırımına göz yuman dövlətlərin parlamentləri “erməni soyqırımı”nı müzakirə edir, hətta qərar qəbul olunur. O da məlumdur ki, Ermənistanda “erməni soyqırımı” abidəsi ucaldılaraq, bundan siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar. Bu ölkəyə səfər edən hansısa dövlət rəsmisinin abidəni ziyarət etməsi “erməni soyqırımı”nın tanıdılması kimi təqdim edilir. Təbii ki, bu məsələdə də dünyanın ikili siyasəti öz problemlərini yaratmaqdadır. Ermənilərin bu kimi əsassız təbliğatlarına tutarlı cavab ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı oldu. Bu mühüm sənəddə tariximizdə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar faktlar əsasında qeyd olunmuş, xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılmışdır. Artıq o zamandan 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Milli Məclis də dəfələrlə bu məsələ ilə əlaqədar xüsusi qərarlar və müraciətlər qəbul etmiş, beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanımağı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə kömək göstərməyi xahiş etmişdir. Onu da qeyd edək ki, Milli Məclisin müvafiq qərarına əsasən, 26 fevral Xocalı Soyqırımı Günü elan edilib.

Təbliğat gündəlik işimiz olmalıdır

Dövlətimizin başçısı İlham Əliyev həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işləri önə çəkərək, daim bu əminliyi ifadə edir ki, gün gələcək soyqırımı törədən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. Azərbaycanın işğal altındakı bütün bölgələri azad olunacaq və soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Bu əminliyi yaradan əsas amil isə müstəqil Azərbaycanın günbəgün güclənməsi, iqtisadi və siyasi qüdrətinin artmasıdır. Hər il və hər ay bizi qələbəyə yaxınlaşdırır. Azərbaycan bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. 2016-cı ilin Aprel döyüşləri, Cocuq Mərcanlıya qayıdış bu inamımızı daha da artırır.

Bu gün dünya haqqın, ədalətin kimin tərəfində olduğunu görür və mövqeyini açıqlayır. “XXI əsr informasiya mübarizəsi əsridir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, internetin mövcudluğu əlbəttə ki, bu mübarizəni daha da kəskinləşdirir: “Biz buna hazır olmalıyıq, biz öz reallıqlarımızı dünya birliyinə çatdırmalıyıq. Burada əlbəttə ki, əsas vəzifəni, ilk növbədə, dövlət öz üzərinə götürür. Ancaq media nümayəndələri də çalışmalıdırlar ki, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizi dünya birliyinə çatdırsınlar. Müxtəlif dillərdə internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda biz informasiya mübarizəsində daha da böyük uğurlara nail ola biləcəyik. Hər halda, son illər ərzində Azərbaycan informasiya blokadasından çıxa bilmişdir. Bir çox hallarda erməni lobbisinə çox böyük zərbələr endirə bilmişdir. Ancaq bu mübarizə davam edir və davam edəcəkdir. Ona görə də biz buna hazır olmalıyıq”.

Faktlara əsaslanan tarix saxtakarlığı sevmədiyi kimi, baş verən hansısa bir dövrü silib-pozmaq imkanında da deyil. Cənab İlham Əliyev bütün çıxışlarında dünyanın ikili siyasətinə diqqət yönəldərək, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı hadisəsini nə üçün soyqırımı kimi tanımamalarının səbəbini açıqlamalarının vacibliyini bəyan edir: “Ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı soyqırımı siyasəti aparmışlar. Keçmiş tarixdə də belə olub, yaxın tarixdə də belə olubdur və Xocalı soyqırımı bunun bariz nümunəsidir. Günahsız insanları, uşaqları, yaşlı qadınları qətlə yetirmək soyqırımı deyil, bəs nədir? Ancaq əfsuslar olsun ki, dünya birliyi bunu ya görmür, ya da görmək istəmir, ermənilərin, erməni lobbisinin və dünya ermənilərinin uydurma faktları əsasında qərar qəbul edirlər”. Bu yalan təbliğata qarşı daim öz siyasətimizi, həqiqətlərimizi, ən əsası gücümüzü ortaya qoymağın vacibliyini bildirən ölkə Prezidenti bəyan edir: “Gücümüz birliyimizdədir”. Əlbəttə ki, həqiqəti çatdırmaq, təbliğ etmək, bütün dünyaya yaymaq harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının gündəlik işi olmalıdır. Diplomatik mübarizədə qələbə, Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi fonunda hərbi qüdrətinin artması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini yaxınlaşdıran başlıca amillərdəndir. Azərbaycanın bugünkü uğurları gələcəyə daha böyük inamla irəliləməyə əsas verir. Prezident İlham Əliyev bu əminliyi də ifadə edir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altındakı bütün bölgələr azad olunacaq və soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Azərbaycanın hər bir uğuru Ermənistanın məyusluğudur. Yeni Azərbaycan Partiyasının VI qurultayında bir daha diqqəti yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən cənab İlham Əliyev bəyan etmişdir ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq: “Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz öz torpaqlarımıza qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”.

Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması, həmçinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı zəngin tariximizin, həqiqətlərimizin bir daha ölkə və dünya ictimaiyyətinə çatdırılmasında yardımçı olacaq. Bu gün dünyaya edilən “həqiqətə həqiqət gözü ilə baxaq” çağırışı erməniləri və onların havadarlarını narahat etsə də, hər halda dünyanı idarə edən prinsiplər, normalar mövcuddur. Beynəlxalq hüququn əsas prinsiplərindən biri də Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit olunmuş hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığıdır. Artıq dünya ikili siyasətin hansı problemlərə yol açdığının fərqində olmaq məcburiyyətindədir. Qərar və qətnamələrin, beynəlxalq hüququn norma və prinsiplərinin icrası üçün vahid prinsip olmalıdır. Dövlətimizin başçısı İlham Əliyev bu bəyanatla ötən il BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxış etmişdir. Beynəlxalq hüquq və ədalət münasibətlərin tənzimlənməsində, münaqişəli məsələlərin həllində, həqiqətlərin düzgün dəyərləndirilməsində əsasdır. Dünyaya səs salan Xocalının harayına ədalətə söykənib səs vermək zamanıdır.

Vüqar Rəhimzadə

“İki sahil” qəzetinin baş redaktoru, Əməkdar Jurnalist

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib