ELM VƏ TƏHSİL


Xocalı soyqırımı XX əsrdə insanlıq əleyhinə yönəlmiş ən qəddar terror aktlarından biridir

Bakı, 26 fevral, AZƏRTAC

Fevralın 26-da AMEA-nın Dendrologiya İnstitutunda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə AMEA-nın müxbir üzvü, Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov Xocalı soyqırımının XX əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərdən, ən qəddar terror aktlarından biri olduğunu bildirib. Qeyd edib ki, Xocalı faciəsinə hüquqi və siyasi qiymət ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Xocalı qətliamı beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndirilir və artıq dünyanın bir sıra ölkələri, beynəlxalq təşkilatlar, o cümlədən ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Ermənistanı işğalçı dövlət kimi tanıyır.

Daha sonra institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Həmkarlar İttifaqı Komitəsinin sədri Tünzalə Zeyvəliyeva ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri qanlı cinayətlər barədə məlumat verib. O, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımının təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer aldığını, əsrlərboyu ermənilərin xalqımıza qarşı törətdikləri qırğınların daha dəhşətli təzahürü olduğunu vurğulayıb. T.Zeyvəliyeva Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bu qətliamın xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımlar atılmasından da danışıb.

Tədbirin sonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş sənədli film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.