ELM VƏ TƏHSİL


Xocalı soyqırımı bəşər tarixində qanlı səhifədir

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Elmi müəssisənin direktoru, akademik Vaqif Fərzəliyev qeyd edib ki, Azərbaycan tarixində qara hərflərlə yazılmış faciəvi hadisələrdən birinin növbəti ildönümünü qeyd edirik: “Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır. Bu, insanlıq tarixinə düşmüş qanlı olaydır. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ-nin 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi və Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçirib”.

Akademik diqqətə çatdırıb ki, Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülüb.

Tədbirdə çıxış edən elmi müəssisənin Azad Həmkarlar Təşkilatının sədri, dosent Elxan İsakov Xocalı həqiqətlərindən danışıb, həmin faciəyə hüquqi-siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin rolunu, dünyada tanıdılmasında isə Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyasının əvəzsiz xidmətlərini vurğulayıb.

Sonra institutun laboratoriya müdirləri, professorlar Həqiqət Cavadova, Fikrət Məmmədov və kimya üzrə elmlər doktoru, dosent Əfsun Sucayev soyqırımının tanıdılması istiqamətində görülən və görülməsi vacib olan məsələlərdən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.