ELM VƏ TƏHSİL


Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir

Bakı, 24 fevral, AZƏRTAC

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş toplantıda faciə qurbanlarının xatirəsi anılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Əhməd Hacıyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni quldurlarının törətdikləri ağlasığmaz vəhşiliklərdən danışıb.

Mühit amilləri və analiozatorlarının formalaşması laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev tarixin müxtəlif dönəmlərində xalqımızın üzləşdiyi soyqırımlardan, Xocalıda törədilən faciənin acılarından söz açıb.

Uzunömürlülüyün fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova ermənilərin Azərbaycanda törətdikləri bu soyqırımının dünyada ən qanlı cinayətlərdən biri olduğunu qeyd edib.

Xocalı dəhşətlərindən bəhs edən Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Zenfira Qədimova Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı təcavüz barədə dünya ictimaiyyətini dolğun məlumatlandırmağın, erməni yalanlarını ifşa etməyin vacibliyini vurğulayıb.

İnstitutun bir qrup əməkdaşı fevralın 26-da Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Ana harayı” memorial kompleksini ziyarət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.