QAN YADDAŞI


Xocalı soyqırımı ilə bağlı “92-ci ilin qarı” mövzusunda tədbir keçirilmişdir

Bakı, 21 fevral (AZƏRTAC, Samirə Allahverdiyeva). Fevralın 21-də Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş “92-ci ilin qarı” mövzusunda tədbir keçirilmiş, eyni adlı filmin nümayişi olmuşdur.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman Xocalı soyqırımı haqqında danışmış, bu qətliamın bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu söyləmişdir.

Qeyd edilmişdir ki, Xocalı faciəsi 200 ildən artıq bir müddətdə ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik tənzimləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.

Bakı Şəhər İcra Hakimiyyətinin xarici əlaqələr və investisiya proqramları departamentinin sektor müdiri Vahid İsmayılov çıxış edərək bildirmişdir ki, Azərbaycanın qədim və əzəli şəhəri Xocalının ermənilər tərəfindən yer üzündən silinməsi, şəhərin dinc sakinlərinə amansız divan tutulması və yüzlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi əsr soyqırımı aktıdır. Vurğulanmışdır ki, dünya ictimaiyyəti Xocalıda törədilmiş terrora biganə qalmamalı, bu soyqırımında günahkar olanlar beynəlxalq aləmin qınaq obyektinə çevrilərək cəzalandırılmalıdır.

Sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsinin hazırladığı “92-ci ilin qarı” filmi nümayiş etdirilmişdir. Goranboyda çəkilmiş filmin qəhrəmanları qanlı gecənin şahidləridir. Filmin ssenari müəllifi və rejissoru Gültəkin Nərimandır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.