QAN YADDAŞI


Xocalı soyqırımı qurbanlarının xatirəsi İsraildə yad olunacaq

Bakı, 18 fevral, AZƏRTAC

Fevralın 19-da İsrailin Təl-Əviv şəhərində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan anım tədbiri keçiriləcək.

Tədbirdə Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Rasim Musabəyov iştirak edəcəklər.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir Akko şəhərinin bələdiyyəsi, Azərbaycan Evi, Azərbaycan yəhudilərinin əlaqələndirici mərkəzi, “İctimaiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatı tərəfindən keçirilir. Yığıncaqda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq, faciə ilə bağlı Heydər Əliyev Fondunun hazırladığı fotosərgi nümayiş etdiriləcək, “Ağrı” adlı bədii–sənədli roman təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.