QAN YADDAŞI


Xocalı soyqırımı qurbanlarının xatirəsi Türkiyənin Adana şəhərində də anılıb

Ankara, 28 fevral, AZƏRTAC 

Türkiyənin Adana şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı “Tarixi proseslərdə erməni işğalçılığı və Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Adana Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi ilə Adana Qardaş Mədəniyyət Dərnəkləri Birliyinin birgə təşkil etdiyi konfransda tanınmış alimlər, elm və mədəniyyət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsindən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.

Professor Aygün Əttar, vəkil Yaqub Bulud, Adana Böyükşəhər Bələdiyyəsinin əməkdaşı Ramazan Akyürək, ictimai xadim Məhməd Alper və başqaları çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vəhşilərinin Xocalı şəhərində azərbaycanlılara qarşı törətdikləri soyqırımı barədə danışıblar. Diqqətə çatdırılıb ki, ermənilər Azərbaycanda və Türkiyədə dəfələrlə belə soyqırımları törədiblər. Bu cür antibəşəri cinayətləri bir daha yaşamamaq üçün tariximizi dərindən bilməli və öz gücümüzə arxalanaraq təhlükəsizliyimizi təmin etməliyik.

Sonra iştirakçılar Xocalı soyqırımı zamanı çəkilmiş fotolardan ibarət sərgi ilə tanış olublar.

Sonda şəhidlərin xatirəsinə həsr edilən bədii proqram olub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.