QAN YADDAŞI


Xocalı soyqırımı qurbanlarının xatirəsi Türkiyənin Tokat şəhərində ehtiramla yad olunub

Tokat, 28 fevral, AZƏRTAC

Türkiyənin Tokat şəhərində yerləşən Qaziosmanpaşa Universitetində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı minə yaxın tələbənin iştirakı ilə konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç tərəfindən təşkil olunub.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Ardınca TRT tərəfindən hazırlanan Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının mahiyyətindən bəhs edən səfir Hulusi Kılıç deyib: “Xocalıda azərbaycanlılara qarşı əsl soyqırımı törədilib. Təəssüf ki, hələ də sülhsevər dünya ictimaiyyəti bu bəşəri cinayətə tam layiqli münasibət göstərməyib”.

Qafqaz üzrə araşdırmaçı, TRT-nin sabiq Bakı təmsilçisi Yüksəl Değercan Pyotrun türk dövlətlərinin arasında bir erməni dövlətinin yerləşdirilməsi ilə bağlı planlarından danışıb.

Sonra universitetin azərbaycanlı tələbəsi Murad Mirzəbəyli Xocalıda baş verən faciə ilə bağlı faktlar əsasında iştirakçılara məlumat verib. Vurğulayıb ki, Azərbaycanda hər kəsin arzusu işğal altındakı torpaqlarımızı təcavüzdən qurtarmaqdır.

Konfransda, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın fevralın 25-də Azərbaycana səfərindən danışılıb. Səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin çıxışlarının yer aldığı videomaterial nümayiş olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Tokat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.