ELM VƏ TƏHSİL


Xocalı soyqırımı təkcə Azərbaycanda deyil, daha geniş miqyasda xatırlanır VİDEO

Nur-Sultan, 22 fevral, AZƏRTAC

1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı soyqırımı təkcə Azərbaycanda deyil, daha geniş miqyasda xatırlanır. Bunu AZƏRTAC-a müsahibəsində Avrasiya Milli Universitetinin prorektoru Akbota Joldasbekova söyləyib. O vurğulayıb ki, belə bir faciənin baş verməsi hər birimiz üçün ağrılıdır.

“Nə etmək lazımdır ki, belə faciələr təkrarlanmasın? Onun üzərində düşünmək lazımdır. Soyqırımlarında yaşananların, çox yaxın bir tarixdə bütün dünyanın gözü önündə mülki əhalinin qətliama uğradılması faktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və bu cür cinayətlərin qarşısının alınması vacibdir”, - deyə Akbota Joldasbekova bildirib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.