REGİONLAR


Xocalı soyqırımı təkcə azərbaycanlıların deyil, bütün bəşəriyyətin faciəsidir

Astara, 26 fevral, Bağır Əliyev, AZƏRTAC

Astarada Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı–XX əsrin faciəsidir” mövzusunda videokonfrans təşkil edilib.

Videokonfras Astara, Samux və Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının, Astara Rayon Gənclər və İdman İdarəsinin, Lənkəran Regional Mədəniyyət İdarəsinin Astara rayonu üzrə nümayəndəliyinin, Astara Rayon Tarix-Diyarşünaslıq Muzeyinin və Astara şəhər 1 nömrəli tam orta məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Videokonfransda çıxış edənlər bildiriblər ki, Xocalı soyqırımı təkcə azərbaycanlıların deyil, bütün bəşəriyyətin faciəsidir. Xocalı şəhərində dinc azərbaycanlılara qarşı qətliamın törədilməsi, şəhərin darmadağın edilməsi, yüzlərlə insanın - qocanın, cavanın, qadının, uşağın öldürülməsi insanlıq adına ləkədir. Bu faciənin ehtiramla anılması və onun acı nəticələrinin dünyaya çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.