QAN YADDAŞI


Xocalı soyqırımına dair faktları əks etdirən avtomobil Romanın mərkəzi küçələrində VİDEO

Roma, 26 fevral, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan-İtaliya Birliyinin təşəbbüsü ilə Xocalı soyqırımının 30-cu ildönümündə İtaliyanın paytaxtı Romada məlumatlandırıcı sosial aksiya keçirilib.

AZƏRTAC xəbər verir ki, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində keçirilən aksiya zamanı üzərində Xocalı soyqırımına dair faktları əks etdirən xüsusi avtomobil şəhərin mərkəzi küçələrində hərəkət edib. Avtomobilin üzərində Xocalıda erməni silahlı birləşmələrinin törətdiyi qanlı cinayətləri əks etdirən şəkillər və məlumatlar nümayiş olunub.

Xüsusi dizaynlı avtomobil şəhərlərin mərkəzi küçə və meydanlarından keçərək yerli sakinlərin diqqətini Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına cəlb edib.

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.