Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Ankarada silsilə tədbirlər keçirilib VİDEO

Ankara, 27 fevral, AZƏRTAC

Ankaranın Keçiörən rayonundakı Azərbaycan Parkında ölkəmizin Türkiyədəki səfirliyi və yerli bələdiyyənin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

Türkiyənin və Azərbaycanın rəsmi şəxslərinin və parlament nümayəndələrinin, yerli ictimaiyyətin təmsilçilərinin iştirakı ilə keçirilən mərasim Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla başlayıb.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndikdən sonra Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin Xocalı soyqırımını pisləyən müraciəti oxunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətindən danışan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev bildirib ki, bu prosesin miqyası gündən-günə genişlənir və təsiri artır. Artıq bu proses Azərbaycan üçün, türklük üçün ədalət kampaniyasına çevrilməkdədir.

Hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Haluk İpək, Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Ceyhun Zeynalov, Keçiörən bələdiyyəsinin sədri Mustafa Ak, Azərbaycan Milli Məclisinin deputatı Elman Məmmədov və  Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar  bildiriblər ki, Xocalıda törədilən cinayətin bir daha dünyanın heç bir yerində yaşanmaması üçün günahsız insanlara qarşı soyqırımı törədən erməni faşistləri cəzasız qalmamalıdırlar.

Milli Məclisin üzvü Qənirə Paşayeva qeyd edib ki, ermənilərin qondarma soyqırımı yalanları əsasında Türkiyəni ittiham edən dairələr 23 il əvvəl törədilən əsl soyqırımına göz yumur.

Xocalı sakini Ramiz Qəhrəmanov, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov ermənilərin müxtəlif dövrlərdə törətdikləri cinayətlər, o cümlədən türk diplomatlarının öldürülməsi barədə danışıblar.

Sonda tədbir iştirakçıları Azərbaycan Parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə güllər düzüblər.

X X X

Türkiyənin ən böyük ali təhsil ocağı, elm və təhsil sahəsindəki nüfuzu ilə yanaşı, milli mənəvi dəyərlərin qorunmasındakı rolu ilə də tanınan məşhur Qazi Universiteti Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycanın Ankaradakı səfirliyi ilə birgə anım tədbiri təşkil edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan bundan sonra da Türkiyə ilə birlikdə erməni yalanlarıma qarşı qətiyyətlə mübarizə aparacaq.

Qazi Universitetinin prorektoru Cengiz Bekir Dəmirəl, Milli Məclisin üzvü Elman Məmmədov, Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Qazi Universitetinin dekanı Alev Kuru və  bu təhsil ocağının  tələbəsi Murat GürbüzXocalı faciəsini erməni vandalizminin son 200 il ərzində törətdiyi ən amansız cinayət kimi dəyərləndiriblər. İyirmi üç il əvvəlki qanlı gecədə 2 yaşlı oğlu və həyat yoldaşı daxil olmaqla 22 qohumunu itirmiş Xocalı sakini Rəhilə Quliyevanın qanlı aksiya ilə bağlı acı xatirələri tədbir iştirakçılarını xeylitəsirləndirib.

Milli Məclisin üzvü Elman Məmmədov bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycan dövlətinin işğal altındakı torpaqlarını azad edəcəyi günün uzaqda olmadığını bildirib.

Daha sonra Qazi Universitetinin incəsənət fakültəsinin Xocalı soyqırımı ilə bağlı yaratdığı www.ermenizulmu.com saytı haqqında məlumat verilib. Həmin fakültənin Xocalı soyqırımı ilə bağlı təşkil etdiyi və 12 ölkədən 154 əsərin sərgiləndiyi beynəlxalq rəsm müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.

Tədbir iştirakçıları həmin rəsm əsərlərindən ibarət sərgi ilə də tanış olublar.

x x x

Türkiyənin ən böyük qeyri-hökumət təşkilatlarından biri olan Vəkillər Kollegiyasında da Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbir keçirilib. Toplantıda çıxış edən Vəkillər Kollegiyanın sədri Mətin Feyzioğlu və Milli Məclisin deputatı Elman Məmmədov Xocalının bütün beynəlxalq hüquq prinsiplərinə görə soyqırımı olduğunu diqqətə çatdırıb.

Tədbirdə Xocalıya həsr olunmuş film, həmçinin əməkdar artist Nuriyə Hüseynovanın türkiyəli müğənni Cavid Təbrizli ilə səsləndirdiyi “Lay-lay Xocalım” klipi nümayiş olunub.

Tədbirin sonunda bir qrup gənc “Xocalıya ədalət!” tələblərini müxtəlif dillərdə səsləndiriblər.

Ərəstun Mehdiyev, Nəcdət Ünüvar və Qənirə Paşayeva “TRT Avaz” kanalının Keçiörən rayonundakı Azərbaycan ParkındanXocalıya həsr olunmuş və canlı yayımlanan proqramında iştirak edərək Azərbaycan xalqına qarşı törədilən bu soyqırımının dəhşətlərinə və onun dünya birliyi tərəfindən tanınmasının vacibliyinə dair fikir və mülahizələrini bölüşüblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

 Ankara

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Ankarada silsilə tədbirlər keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub VİDEO

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb