QAN YADDAŞI


Xocalı soyqırımının 26-cı ildönümü Qazaxıstanın Aktöbə şəhərində də qeyd olunub

Astana, 27 fevral, АZƏRTAC

Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun konsul dairəsinə daxil olan Aktyubinsk vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi təşkil edilib.

Aktyubinsk vilayətində fəaliyyət göstərən Azərbaycanlıların Milli Mədəni Cəmiyyəti tərəfindən təşkil olunmuş tədbirdə diaspor üzvləri ilə yanaşı, Aktyubinsk vilayət və Aktöbə şəhər maslixatlarının deputatları, dövlət qurumlarının nümayəndələri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Xocalı soyqırımını əks etdirən fotosərgi nümayiş olunub. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra Aktyubinsk vilayətində fəaliyyət göstərən Azərbaycanlıların Milli-Mədəni Mərkəzinin sədri Şahbaz Camalov çıxış edərək ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımı haqqında məlumat verib. O, ermənilər tərəfindən törədilmiş cinayətin dünya ictimaiyyətinə çatdırılmasında son illərdə xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən aparılan işlərdən danışıb.

Tədbirdə, həmçinin Aktyubinsk vilayət maslixatının deputatı İzimqali Kabenov, Qazaxıstan Xalqları Assambleyasının Aktyubinsk vilayət təşkilatının “Koğamdım kelisin” evinin sədr müavini Bakıtgül Snabayeva və digər çıxış edənlər Xocalı soyqırımını törədənlərin tezliklə ədalət məhkəməsində cavab verəcəklərinə əmin olduqlarını bildiriblər.

Çıxışlardan sonra Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilib, faciə qurbanlarının ruhuna dualar oxunub.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.