QAN YADDAŞI


Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Nyu-Yorkda etiraz aksiyaları təşkil edilib VİDEO

Vaşinqton, 27 fevral, AZƏRTAC 

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistanın BMT-dəki daimi nümayəndəliyi və BMT-nin baş qərargahı qarşısında etiraz aksiyası keçiriblər.

AZƏRTAC xəbər verir ki, “Nyu-York Azərbaycan-Amerika Qadınlar Cəmiyyəti” və “Azərbaycan Nyu-York Assosiasiyası”nın birgə təşkil etdiyi aksiyada Qarabağ münaqişəsinin həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər nümayiş olunub, Ermənistanın etnik təmizləmə və işğalçı siyasətinə qarşı şüarlar səslənib, baş vermiş hadisələr barədə ətraflı məlumat verilib, çıxışlar edilib və Xocalı soyqırımı haqqında ətraflı məlumatın əks olunduğu vərəqələr çap olunaraq yerli əhaliyə paylanılıb.

Bu təşkilatlarla yanaşı, etiraz aksiyalarına “Türkiyə-Amerika Assosiasiyası”, Krım tatarları cəmiyyəti, Nyu-Yorkda təhsil alan azərbaycanlı və türk tələbələr də qatılıblar.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.