QAN YADDAŞI


Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Nyu-Yorkda etiraz aksiyaları keçirilib

Vaşinqton, 27 fevral, AZƏRTAC 

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ABŞ-ın Nyu-York şəhərinin Azərbaycan və türk icmalarının üzvləri Ermənistanın BMT-dəki daimi nümayəndəliyi və BMT-nin baş qərargahı qarşısında etiraz aksiyası keçiriblər.

AZƏRTAC xəbər verir ki, aksiyada Qarabağ münaqişəsi barədə həqiqətlərin əks olunduğu plakatlar, şəkillər nümayiş etdirilib, Ermənistanın etnik təmizləmə və işğalçı siyasətinə qarşı şüarlar səslənib, baş vermiş hadisələr barədə ətraflı məlumat verilib. Həmçinin Xocalı soyqırımı haqqında ətraflı məlumatın əks olunduğu vərəqələr yerli əhaliyə paylanılıb.

Aksiya iştirakçıları qarşısında Xocalı soyqırımının qurbanları haqqında söz açan “Azərbaycan Nyu-York Assosiasiyası”nın prezidenti Ercan Yerdelenli qeyd edib ki, hər il keçdikcə bu ağrı artır və göz yaşlarını saxlamaq olmur. Aksiyada iştirak edən və Xocalı soyqırımı zamanı 11 yaşında olan Xocalı sakini Anar Usubov bu hərbi cinayət nəticəsində 27 yaxın qohumunun öldürüldüyünü qeyd edib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.