QAN YADDAŞI
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Türkiyə mətbuatında AZƏRTAC-ın müxbirinin məqaləsi dərc olunub
İstanbul, 25 fevral, AZƏRTAC
Türkiyənin müxtəlif yerli və beynəlxalq xəbər saytlarında, eləcə də ümumi beynəlxalq virtual media portalında AZƏRTAC-ın Türkiyə bürosunun İstanbul üzrə müxbiri Günel Məlikovanın Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, "Əsrin faciəsi: Xocalı qətliamı" sərlövhəli məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş soyqırımı, bu qanlı hadisənin qurbanları, ermənilər tərəfindən Xocalıda törədilən insanlığa sığmayan vandalizm aktları, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu soyqırımı aktına siyasi və hüquqi qiymətin verilməsi üçün atılan addımlar, ölkə rəhbərliyinin bu istiqamətdə yürütdüyü siyasət və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan "Xocalıya ədalət!" kampaniyası barədə məlumat verilir.