QAN YADDAŞI


Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar İzmirdə anım mərasimi keçirilib

İstanbul, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Türkiyənin İzmir vilayətinin Bornova rayonunda yerləşən Azərbaycan Dostluq Parkında anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Bornova rayon bələdiyyəsinin sədri və rayonun icra başçısı, barnovalılar, azərbaycanlılar iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, hər iki qardaş ölkə şəhidlərinin xatirəsi ehtiramla anılıb. Parkda yerləşən Xocalı soyqırımı abidəsinin önünə güllər düzülüb.

Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Mülazim Pahsa və digərləri çıxışlarında Xocalı soyqırımının dəhşətlərindən danışıblar. Qeyd olunub ki, onilliklər boyu xalqlarımıza qarşı düşmənçilik edən ermənilər hər fürsətdə günahsız insanlara qarşı soyqırımı həyata keçiriblər. Mərasimdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq şüarları səsləndirilib.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.