QAN YADDAŞI


Xocalı soyqırımının ildönümü ilə əlaqədar on minlərlə insan “Ana harayı” abidəsini ziyarət edir VİDEO

 

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycanın müasir tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da on minlərlə insan faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsini ziyarət edir.

Abidə önündən keçən insanların AZƏRTAC-a müsahibələrində bu dəhşətli cinayətin təşkilatçılarına və icraçılarına dərin nifrət hissi ilə yanaşı, həm də onların gec-tez öz layiqli cəzalarını alacaqlarına inam ifadə olunur.

Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi qətliamı bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi daşıyan izdihamlı yürüş, eyni zamanda, onu göstərir ki, xalqımız bu faciəni heç vaxt unutmayacaq.

Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda keçirilən ümumxalq yürüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Xatırladaq ki, aylarla mühasirədə saxlanılan Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri və onların havadarları tərəfindən yerlə-yeksan edildi. Şəhərin dinc əhalisinə amansızlıqla divan tutuldu: 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Girov götürülülənlərdən 197-sinin taleyi hələ də məlum deyil.

Xalqımız əmindir ki, bu qanlı cinayəti törədənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq, işğal altındakı torpaqlarımız düşməndən azad ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.