Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Xocalı: susmayan harayımız

Bakı, 26 fevral, AZƏRTAC

Hələ yeniyetmə çağlarımdan yaşadığım bir hiss indinin özündə belə, məni tərk etmir: elə ki qışın sərt, qarlı-şaxtalı, sazaqlı, yağmurlu havalarında təbiət buz nəfəsilə hər yanı dondurur, o zaman qəlbimə aramsız yağış kimi yağan nisgil çökür, gözlərimin qarşısında məzarlıq canlanır, orda uyuyan, əbədi yuxuya gedən ölülərə yazığım gəlir... Qalın kürkdə, dizəcən isti çəkmələrin içində olsam belə, bu məkanın lal sükutu üşüdür, dondurur məni. Öz-özümə deyirəm, gör indi torpağın altında əbədi sakin olan bu insanlar necə donur... Belə fikirləşəndə qəlbimi şər çağının qəribliyi, tənhalığı sarır, özümü bu gen dünyada atılmış, unudulmuş, kimsəsiz kimi hiss edir, lap düzü, cismimi sanki dünyasını dəyişənlərin arasında görürəm. Bu iki həyat arasında qıvrıla-qıvrıla sürünən düşüncələr elə yandırır, elə sızladır ki məni...

Eyni hissləri Xocalı soyqırımının faciəsini yaşadığımız 28 ildə, qışın sərt, həm də üzü yaza gedən günlərində daha çox və aramsız gələn acılarla yaşayıram. Yaddaşımıza qanla yazılmış Xocalının soyqırımı tarixində düşüncələrim bir başqa duyğularla göynədir, ağrıdır məni. Necə ağrıtmasın, necə göynətməsin, axı 28 ildir qəlbimizdə bir Xocalı harayı səslənir, heç vəchlə ağzı bağlanmayan yaralarımızdan hələ də qan damır, torpağın bitirib-yetirdiyi nə varsa, çörəyimiz, suyumuz qan tamı verir. Elə bilirəm, o zamandan Xocalıya gələn qar, yağış indinin özündə də qırmızı yağır...

Soyqırımı gecəsində körpələrin çığırtısı, yaşlıların ah-naləsi beynimdə guruldayır. Elə bilirəm, indicə oraya yürüş etsək, xocalıların harayını eşidərik, qarın içində çabalayan günahsız insanları dəlmə-deşik eləyən düşmən güllələrinin yerindən axan qanın çölləri boyadığını, üzü dağa sarı uzanan qırmızı ləpirləri görərik... O zaman onların ərşə ucalan harayları qulaqlarımızı, beynimizi dələr: Ehey, insanlar, qardaşlar, hardasınız, öldürdülər, qırıb-çatdılar bizi bu qaniçənlər! Gəlin, xilas edin bizi... Çatdıqmı, yetə bildikmi haraylarına…

Bu səsin, düşüncələrin içində Xocalının qarlı düzü, dağı gözümə ağla qırmızının yaratdığı vahiməli, tükürpədici bir rəngdə görünür. Bu rənglərin harmoniyasında qanla yazılan yaddaşım, ürəyim ağrıyır... Taykeş uşaq çəkmələrini, xırdaca əlcəkləri, papaqları qaçaraq topalayıb, qucağıma basıb bax elə indicə, lap bu anda uçan ruhlarının arxasınca yüyürüb, təzədən əyinlərinə geyindirmək istəyirəm... Kaş ki çata biləydim!

Bunlar dəli bir istək, acı bir xəyal olsa da tarixin yaşatdığı Xocalı faciəsinin qəlbimdə açdığı və unutdura bilmədiyi həqiqətin avand üzüdü. Özgə rəng, hava götürməyən, üzündə heç bir ləkəsi olmayan, dünyanı lərzəyə salan Xocalı həqiqəti! Yer üzündə başqa xalqların yaşadığı faciələrə bənzəri olsa da xalqımızın taleyinə bir özgə müsibətlə, amansızlıqla gəldi bu dəhşətlər. Yaşadıq, çəkdik bu ağrıları, unutmadıq, amma sinəmizi köz kimi yandırlan yaramızı hələ də sağalda bilmirik...

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayı ilə birgə bu şəhərdə misli görünməmiş faciələr törətdilər. Qaniçənlər yaşlılara, qocalara, qadınlara, uşaqlara belə rəhm etmədən onları amansızcasına qətlə yetirdilər. Bu, XX əsrin ən böyük soyqırımı idi. Bu faciədə qəddar ermənilər beynəlxalq hüquq normalarına zidd olan, ən başlıcası, insanlığa yaraşmayan vəhşiliklə meyitləri qeyri insani cəza üsulları ilə tanınmaz hala salmışdılar.

Statistik məlumatlardan bildiyimiz kimi, tarixin səhifəsinə dağ kimi basılmış həmin hadisələrdə 613 Xocalı sakini qətlə yetirildi. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insanlar olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Hələ əsir götürülən, yaralanan insanları, bu günədək taleyindən xəbərsiz olduğumuz qadınları, uşaqları düşünəndə o hadisələrin acı və soyuq havası qəlbimizi titrədir. Beləcə, hər il Xocalı soyqırımının anım günlərində yaxın bir tarixdə insanların başına gətirilən faciələr kino lenti kimi gözlərimizin önündən keçəndə qəlbimiz necə odlanmasın...

Dünya necə fikirləşir, fikirləşsin, yaşadığımız bəlaya nə ad verir, versin (yaxud da heç verməsin!), bu bir həqiqətdir ki, bəşər tarixində ən dəhşətli, ağır faciələrdən biri erməni işğalçılarının və onların havadarlarının Xocalıda böyük amansızlıq və qəddarlıqla, vəhşiliklə törətdikləri soyqırımı faciəsidir. Bu gün həmin faciədən 28 il ötsə də, o məşum gecədə yüzlərlə soydaşımızın qanına qəltan edilməsi hələ də qaysaq bağlamamış yaramızı göynədir. Şaxtalı-boranlı bir qış gecəsində sağ qalanların top-tüfəngin ölüm saçan alovundan xilas olmaq ümidilə çöllərə, dağlara sarı qaçmasını indi də təsəvvürdə canlandırmaq belə, insanı sarsıdır. İnanmıram ki, sağ qalanlar bu dəhşəti xatırladıqca ölüb, təzədən dirilməsin... Bu həqiqətə hələ də soyuq nəzərlərlə baxan, ona siyasi qiymətini verməyən, dünya dövlətlərinin mövqesizliyi Azərbaycan xalqının düşüncəsində acı bir təəssüf doğurur...

Xocalı soyqırımı haqqında, onun hansı səbəblərdən baş verdiyini düşünəndə xalqımızın 200 ildən də çox, zaman-zaman yaşadığı qanlı hadisələri yada salmaq öz zərurətini doğurur. Hələ 1813-cü ildə Gülüstan və 1828-ci ildə isə Türkmənçay müqavilələrinin imzalanması bu hadisələrin başlanmasına bünövrə oldu. Hər iki müqavilə Azərbaycanın tikələnməsi və parçalanmasına gətirib çıxardı. 1905-1907-ci il hadisələri və sonrakı vaxtlarda milli zəmində baş verən qırğınlar faktların, rəsmi sənədlərin şahidliyi ilə tarixin yaddaşına həkk olunub. 1918-ci ildə İrəvanda, eləcə də Azərbaycanın bir çox bölgələrində ermənilər ixtişaşlar törədərək xalqımıza qarşı soyqırımı hadisələri törədiblər. Yüzlərlə soydaşımızın evi yandırılıb, 200-dən çox kənd darmadağın edilib, əhalinin çox hissəsi doğma yurdlarını tərk etmək məcburiyyətində qalıbdır. Bundan sonra 1948-1953-cü illərdə 200 min soydaşımız könüllü köçürülmə adı altında öz iqlimlərindən fərqli olan yerlərə – Kür-Araz ovalıqlarına deportasiya olunublar. 1988-ci ildə Qərbi Azərbaycanda öz dədə-baba yurdlarında yaşayan soydaşlarımız o yerlərdən sonuncu nəfərədək qovulublar. Həmin dövrdə də azərbaycanlılara qarşı vəhşilik və qəddarlıqla müşayiət olunan hadisələr törədilib. Mənfur ermənilər qədim yurd yerlərimiz olan Qərbi Azərbaycanda, İrəvan quberniyasında, Qarabağda yerləşmək, torpaqlarımızı özününküləşdirməkdən ötrü hələ çar mütləqiyyəti zamanında, sonralar SSRİ dövründə öz məqsədlərinə addım-addım yaxınlaşmış, iddialarına həyasızcasına nail olmuşlar... Əlbəttə, yüzillər bundan öncədə olduğu kimi, indi də ermənilərə havadarlıq edənlər millətimizə qarşı iyrənc planlar ətrafında birləşənlər bəşəri dəyərlərə, insanlığa, humanizmə qarşı olanlardır...

İndiyə qədər Xocalı faciəmizlə bağlı yüzlərlə məlumat xarakterli yazılar, kitablar, bədii nümunələr, rəssamların təsvirində saysız sənət əsərləri təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində də yayılıb nümayiş olunub. “Tariximizin qanlı səhifələri”, “Əsrin qətliamı: Xocalı”, “Xocalı soyqırımı dünyanın gözü ilə”, “Tariximizin qanlı səhifəsi”, “Qanla yazılmış yaddaş tariximiz”, ümumən Xocalı faciəmizi ifadə edən mövzularda vətənimizdə və xarici ölkələrdə sərgilər təşkil olunub. Bunlar Xocalı hadisələrində qanına qəltan edilmiş soydaşlarımızın küçələrdə tökülüb qalmış meyitləri, qaçqın düşmüş, evsiz-eşiksiz qalmış insanların fotolarını, hətta bu müsibətimizi, baş vermiş məşum hadisələr haqqında xarici jurnalistlərin fikirlərini dünya mətbuatına çıxarmağımızı da reallaşdırıb. Əlbəttə, bunlar milli və bəşəri faciələrin unudulmamasına, dünyada haqqımızın müdafiəsinə yönəlmiş cəhdlərimiz, səylərimizdir. Bu işlər vətənpərvərlik duyğuları, doğma yurd, torpaq itikisinin acıları ilə indi də davam etdirilir...

Tarix hər zaman öz səhifələrində yer almış hadisələri yaddaşda hifz etməyi, onu unutmamağı, xatırlamağı insanlardan tələb edir. Çünki yaddaşa qayıdış hər bir xalqın öz keçmişinə, keçdiyi yola aydın baxışıdır, eyni zamanda bəşər tarixinə sadiqliyidir. Bu da bir aksiomadır ki, keçmişin dərslərindən ibrət alan, yaxud səhvlərindən nəticə çıxaran millətin öz gücünü birləşdirməyə, pozulmuş haqlarını bərpa etməyə qüdrəti çatar...

Bu səhərin alatoran çağı yaxın illərin qarlı bir qış günündə gecədən sabahadək dağlarda, düzlərdə sübhün bağrını dələn insanların səsini, harayını eşitdim: Ehey-y-y, insanlar, hardasınız, qaniçən cəlladlar öldürdülər, qanımıza qəltan etdilər bizi! Eşidirsinizmi...

Şəfəq Nasir,

yazıçı-publisist AZƏRTAC 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər