MƏDƏNİYYƏT


“Xocalı” tamaşası “Günay” Uşaq Teatrının təqdimatında...

Bakı, 21 fevral, AZƏRTAC

Fevralın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin Xurşidbanu Natəvan adına 4 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə İ.Əbilov adına Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı” tamaşası nümayiş olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə tamaşanın müəllifi Zərəngiz Dəmirçi Qayalı, rejissoru Larisa Tarusova , türk ziyalısı İbrahim Yıldırım, Təbrizdə nəşr olunan "Mişov dağı" jurnalının təsisçisi və baş redaktoru Aqşin Ağkəmərli, İ.Əbilov adına Mədəniyyət Mərkəzinin direktoru Aida Muradova və başqaları çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, Xocalı faciəsi Xatın, Lidisa, Naqasaki, Hirosima soyqırımları kimi bəşəriyyət tarixinə düşmüş qanlı bir aksiyadır.

Vurğulanıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən tamaşanın məqsədi Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır.

Tamaşa Bakı Uşaq Teatrı nəzdində fəaliyyət göstərən “Günay” Uşaq Teatrının ifasında təqdim edilib.

Səhnə əsərinin müəllifi şair-publisist Zərəngiz Dəmirçi Qayalı, rejissoru, teatrın direktoru və bədii rəhbəri Larisa Tarusova, səhnə tərtibatçısı Günəş Talıblı, ideya müəllifi Aygün Zamanlıdır.

Tamaşa böyük maraqla izlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.