ELM VƏ TƏHSİL


“Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş olunacaq

Bakı, 14 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin icrası çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) fevralın 18-də tədbir keçiriləcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə “Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş etdiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyi tərəfindən lentə alınmış filmdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımdan bəhs edilir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq edilən “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair Tədbirlər Planı”na əsasən, fevralın 26-da ali təhsil müəssisəsində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq.

Azərbaycan İlahiyyat İnstitutu mütəmadi olaraq tələbələrin vətənpərvərlik ruhunun gücləndirilməsi və milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin aşılanması məqsədilə silsilə tədbirlər həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.