CƏMİYYƏT


Xocalıda xeyli sayda silah-sursat aşkar edilib VİDEO

Bakı, 29 iyul, AZƏRTAC

Polis əməkdaşları işğaldan azad olunmuş ərazilərdə silah-sursatın aşkarlanması məqsədilə profilaktiki tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Beyləqan Rayonlararası Mühafizə Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində Xocalı rayonunun Çanaqçı kəndi ərazisindəki xidməti postun yaxınlığında xeyli sayda silah-sursat aşkar edərək götürülüb. Həmin ərazidən aşkarlanan 1 pulemyot, 3 avtomat, müxtəlif növ 7 qumbara, 1 qumbaraatan mərmisi, 2 avtomat sandığı, müxtəlif çaplı 269 patron aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.