QAN YADDAŞI


“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Berlində məlumatlandırma aksiyası keçirilir VİDEO

Berlin, 25 fevral, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bu gündən etibarən Berlində Xocalı soyqırımına dair məlumat plakatları asılıb.

Plakatların əksəriyyəti Almaniya paytaxtının mərkəzi məhəllələrində asılıb, lakin şəhərin digər hissələri də diqqətdən kənarda qalmayıb. Beləliklə, alman ictimaiyyətinə Ermənistan hərbçilərinin 29 il əvvəl törətdikləri dəhşətli cinayət yenidən xatırladılıb.

Kampaniya martın 3-dək davam edəcək.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.