REGİONLAR


“Xocalıya ədalət!” kampaniyası çərçivəsində İsmayıllıda ağacəkmə kampaniyası keçirilib

İsmayıllı, 24 fevral, AZƏRTAC

“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində fevralın 23-də İsmayıllı rayonunda ağacəkmə aksiyası keçirilib.

Qeyd edək ki, fəaliyyəti Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə, sağ qalan ailələrə dəstək göstərilməsinə, bu hadisələrin yaddaşlarda yaşamasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönələn kampaniya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin məsul işçilərinin iştirak etdikləri aksiyada Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şəhidlər xiyabanının ətrafında, “Zəfər” parkında və Ə.Ələkbərzadə küçəsində eldar şamı, göyrüş və ağcaqayın cinslərindən olan 613 ədəd ağac əkilib. Ağaclar mütəxəssislərin nəzarəti ilə aqrotexniki qaydalara uyğun olaraq əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.