İQTİSADİYYAT


Xocasən-Lökbatan avtomobil yolu əsaslı təmir edilib VİDEO

Bakı, 24 oktyabr, AZƏRTAC

Xocasən-Lökbatan avtomobil yolu əsaslı şəkildə təmir olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Xocasən-Lökbatan avtomobil yolu I texniki dərəcəli olmaqla 4 hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsini eni 16 metr təşkil edir. Başlanğıcını respublikanın iki mühüm avtomobil yolu sayılan Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolu ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kəsişdiyi ərazidən götürən Xocasən-Lökbatan avtomobil yolu Binəqədi və Qaradağ rayonları ərazisindən keçir, paytaxtın mühüm nəqliyyat arteriyası hesab olunur. Avtomobil yolu uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən əsaslı təmirə ehtiyac var idi. Yolun belə vəziyyətdə olması hərəkətdə müəyyən problemlərə səbəb olurdu.

Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, qabarmış və dağılmış hissələr qazılaraq çıxarılıb, kipləşdirmə işləri aparılıb. Əks-dolğu işlərinin aparıldığı ərazilər daha sonra hamarlayıcı lay asfalt-beton örtüyü döşənməklə profilə salınıb. Tikinti norma və qaydalarına əsasən Xocasən-Lökbatan avtomobil yoluna iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənib. Asfaltlanma işləri bitən ərazilərdə çiyin hissələr optimal qum-çınqıl qarışığı verilməklə bərkidilməsi işləri də görülüb.

Ümumilikdə təmir-tikinti işləri çərçivəsində yolboyu 180 min kvadratmetrdən çox sahədə tam yeni və müasir yol infrastrukturu yaradılıb. Altmış dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Xocasən–Lökbatan avtomobil yolu boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yeni piyada səkiləri inşa edilib, mövcud səkilər isə bərpa olunaraq asfaltlanıb, kənarlarına 3 min poqonmetr yeni səki daşı düzülüb.

Avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə isə yolboyu yol-cizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkilib, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.