İQTİSADİYYAT


Xocasən-Lökbatan yolunun 11 kilometrlik hissəsi yenidən qurulur VİDEO

Bakı, 15 fevral, AZƏRTAC

Xocasən-Lökbatan yolunun 11 kilometrlik hissəsinin bərpası işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yol I texniki dərəcəli olmaqla 4 hərəkət zolaqlıdır və hərəkət hissəsinin eni 16 metr təşkil edir. Hazırda yolboyu təmir-tikinti işləri aparılır, daha sonra isə asfaltlanma işlərinə başlanılacaq. Yolboyu 180 min kvadratmetrdən çox sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır.

Bundan başqa, yolboyu vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yeni piyada səkiləri inşa ediləcək, mövcud səkilər isə bərpa olunaraq asfaltlanacaq, kənarlarına 3 min poqonmetr yeni səki daşı düzüləcək. Avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə isə yolboyu yol-cizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkiləcək, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.