İQTİSADİYYAT


“Xocasən” deposunu “Avtovağzal” stansiyası ilə birləşdirən tunellərdə qazıntı işləri yekunlaşıb

“Xocasən” deposunu “Avtovağzal” stansiyası ilə birləşdirən tunellərdə qazıntı işləri yekunlaşıb

Bakı, 7 noyabr, AZƏRTAC

“Xocasən” deposunu metronun “Avtovağzal” stansiyası ilə birləşdirən tunellərdə qazıntı işləri başa çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilir ki, metropolitendə yüksək etibarlılığı olan fiber-optik şəbəkənin çəkilməsi başa çatdırılıb, bununla yeni tipli şəbəkənin qurulması, yeni tipli server, kommunikasiya sistemləri və avadanlıqlarına keçilməsi üçün zəmin yaradılıb. Artıq bu istiqamətdə ən mühüm yeniliklərin bir qismi də reallaşdırılıb. Gələcəkdə qatar dispetçeri mərkəzinin SCADA sistemində sabit işlək vəziyyətinin təminatı yeni dövrün texnologiyalarına sürətli keçidin ardıcıl və mərhələli işləridir. Hazırda “Elmlər Akademiyası” stansiyasında yerləşən inzibati binada ən müasir şərait və idarəetmə funksiyalarını özündə cəm edən vahid dispetçer mərkəzinin qurulması sürətlə davam edir. Bu məqsədlə 2019-cu ilin mart ayında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya rəsmi səfəri zamanı “Thales” şirkəti ilə ikitərəfli saziş imzalanıb. Həmin səfər çərçivəsində “Bənövşəyi xətt”in Xocasən qəsəbəsində inşa olunan deposunda müasir sistemlərin qurulması bu şirkətlə əməkdaşlıq nəticəsində həyata keçiriləcək. Yeni xətlərin tikintisində çətinliklərə, eyni zamanda, pandemiya şəraitinin xüsusi tələblərinə baxmayaraq, işlər öz axarı ilə davam etdirilir. “Xocasən” deposunda birinci mərhələ üzrə əsas obyektlərin tikintisi davam edir. Deponu “Avtovağzal” stansiyası ilə birləşdirən tunellərdə qazıntı işləri başa çatıb. Sağ tunelin yolu hazırdır, sol tuneldə yol-tikinti işləri davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.