CƏMİYYƏT


Xocasən ərazisində yerləşən daş kəsimi sexində su obyektlərinin mühafizəsi qaydalarının pozulması faktı aşkarlanıb

Bakı, 20 noyabr, AZƏRTAC

Xocasən qəsəbəsi ərazisində yerləşən daş kəsimi sexlərindən birində su obyektlərinin mühafizəsi qaydalarının pozulması faktı aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

Növbəti belə tədbir noyabrın 19-da paytaxtın Binəqədi rayonu ərazisində keçirilib. Reyd zamanı Xocasən qəsəbəsi ərazisində yerləşən daş kəsimi sexlərindən birində su obyektlərinin mühafizəsi qaydalarının pozulması faktı aşkar olunub.

Qeyd olunan daş kəsimi sexində işləyən M.Qaraşov və C.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyektlərinin çirklənməsinin qarşısını alan avadanlıqları olmayan obyektlərin istismar edilməsi) maddəsi ilə protokollar tərtib edilmiş və hər biri 600 manat məbləğində cərimə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.