Xocasən qəsəbəsində ərzaq məhsulları anbarında nöqsanlar aşkarlanıb
AzerTAg.az
Bakı, 23 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daxil olan məlumat əsasında Binəqədi rayonu, Xocasən qəsəbəsi, Xocasən-Lökbatan yolunun 4-cü kilometrliyində yerləşən, "Fenix Trade" MMC-yə məxsus anbarda yoxlama keçirilib.
Yoxlama zamanı malların etiketlənməsi, saxlanılması və satışı qaydalarının kobud şəkildə pozulduğu aşkar olunub. Agentlik tərəfindən etiket məlumatları dəyişdirilmiş məhsulların satışının qadağan edilməsi və məhv edilməsi barədə qərar qəbul edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Xəbərin mətnində orfoqrafik səhv var