CƏMİYYƏT


Xocavənd rayonu ərazisində silah-sursat aşkarlanıb

Bakı, 16 may, AZƏRTAC

Polis əməkdaşları işğaldan azad olunan ərazilərdə silah-sursatların aşkarlanması məqsədilə müvafiq tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunan Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində keçirilmiş növbəti tədbirlər zamanı tərk edilən hərbi mövqelərdən müxtəlif çaplı 4 pulemyot, tank əleyhinə 1 qumbaraatan, 5 əl qumbarası, 17 ədəd avtomat darağı və müxtəlif çaplı 600 patron aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.