Xocavənd rayonu üzrə bu günədək 6925 ton taxıl tədarük edilib

Xocavənd, 14 iyun, AZƏRTAC
Xocavənd rayonu üzrə taxıl biçininin qızğın vaxtıdır. Bütün qüvvələr bu strateji məhsulun itkisiz və optimal müddətdə yığılmasına yönəldilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il 8400 hektar sahədə taxıl becərilib. Onun 8100 hektarı Xocavənd rayonunun, 300 hektarı isə Beyləqan rayonunun inzibati ərazisindədir. Taxıl əkinlərinin 8150 hektarı buğda, 250 hektarı arpadır. Artıq arpa zəmilərində biçin başa çatdırılıb, hər hektardan 23,3 sentner olmaqla, 582,5 ton məhsul əldə edilib. Bu günədək buğda zəmilərinin də 2950 hektarında biçin aparılıb, 6342,5 ton məhsul istehsal olunub. Hər hektarın orta məhsuldarlığı 21,5 sentner təşkil edir.
Qeyd edək ki, ötən il 8101,8 hektar sahədə taxıl becərən xocavəndli məcburi köçkünlər 16 min 909 ton məhsul götürüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]