REGİONLAR


Xocavənd rayonu üzrə sosial-iqtisadi göstəricilər təhlil olunub

Beyləqan, 18 oktyabr, AZƏRTAC 

Xocavənd rayonu üzrə 2017-ci ilin doqquz ayının yekunlarına həsr olunmuş yığıncaqda rayonun sosial-iqtisadi göstəriciləri təhlil edilib.

AZƏRTAC xəbər verir ki, yığıncaqda, həmçinin xocavəndli məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də bəhs olunub.

Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində keçirilən yığıncaqda bildirilib ki, hesabat dövründə 320 ailəlik qəsəbədə məskunlaşmış sakinlərin məşğulluğunun təmin edilməsi məqsədilə hər bir ailəyə 0,60 hektar torpaq sahəsi ayrılıb. Xocavənd qəsəbəsi ilə Füzuli rayonunun Qayıdış qəsəbələrini birləşdirən 2 kilometrlik yolun asfalt-beton örtüyü ilə üzlənməsi başa çatdırılıb. Xocavənd qəsəbəsi ilə Yeni Qaradağlı qəsəbələrini birləşdirən avtomobil yolu qum-çınqıl örtüyü ilə təmir edilib. Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə abadlıq və yaşıllaşdırma işləri davam etdirilib, 950 ədəd küknar ağacı əkilib.

Diqqətə çatdırılıb ki, ilin 9 ayında rayonun təsərrüfatlarında 2345 baş iribuynuzlu mal-qara, 21 min 303 baş qoyun və keçi olub. Bu dövrdə 5102 sentner ət, 16 min 513 sentner süd, 310 sentner yun istehsal edilib. Rayon üzrə 5500 hektar buğda sahəsindən 10 min 812,6 ton, 127 hektar arpa sahəsindən 228 ton məhsul götürülüb. Bundan başqa fermerlər tərəfindən 299 ton kartof, 1056 ton tərəvəz, 336 ton bostan məhsulları istehsal olunub. Bu il ilk dəfə olaraq Beyləqan rayonu ərazisində 90 hektarda pambıq becərən xocavəndli məcburi köçkünlər hazırda məhsul yığımını davam etdirirlər.

Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunub, qarşıda duran vəzifələrdən danışılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.