CƏMİYYƏT


Xocavənd rayonundan avtomobil ehtiyat hissələri aparmaq istəyən şəxslər məsuliyyətə cəlb olunub

Bakı, 20 noyabr, AZƏRTAC

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayonun işğaldan azad edilmiş ərazilərində nəzarət-profilaktiki tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildirilib ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri ilə Binə kəndi ərazisindəki stasionar postda “VAZ” markalı avtomobil saxlanılıb.

Yoxlamalar zamanı sürücü Ələsgər Mahmudov və sərnişini Şəmistan Süleymanovun müvafiq icazələrinin olmadığı müəyyənləşib. Həmçinin nəqliyyat vasitəsinə baxış keçirilib, bu zaman yük yerində avtomobil ehtiyat hissəsi və məişət əşyaları aşkarlanıb.

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.