REGİONLAR


Xocavəndin bir qrup tibb işçisi təltif olunub

Beyləqan, 17 iyun, AZƏRTAC

Xocavənd rayonunda 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xocavənd qəsəbəsindəki büstü önünə gül dəstələri qoyub, dahi rəhbərə hörmət və ehtiramlarını ifadə ediblər. Rayon Mərkəzi Xəstəxanasında davam edən tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva çıxış edərək, səhiyyə işçilərini əlamətdar gün münasibətilə təbrik edib, onlara çətin, şərəfli və nəcib işlərində uğurlar arzulayıb. Ə.Quliyeva çıxışında respublikamızda səhiyyə sahəsinə göstərilən diqqət və qayğıdan danışıb. Rayonda əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib.

Sonda fəal tibb işçiləri təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.