REGİONLAR


Xocavəndli gənclər insan hüquqları ilə bağlı maarifləndiriliblər

Beyləqan, 30 noyabr, AZƏRTAC

Xocavənd Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Salakətin kənd tam orta məktəbində gənclərin hüquqi maarifləndirilməsi, insan hüquqları haqqında biliklərinin artırılması ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə hüquqi savadlanmanın əhəmiyyətindən, Azərbaycanda həyata keçirilən hüquqi islahatlardan, insan hüquqlarının qorunması istiqamətində görülən işlərdən bəhs edilib, müzakirələr aparılıb. Tədbirdə çıxış edənlər, həmçinin BMT-nin İnsan Hüquqları Bəyannaməsi, iqtisadi, sosial və mədəni, mülki və siyasi hüquqlar haqqında beynəlxalq sənədlər, insan hüquq və azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasının yolverilməzliyi, ölkəmizdə bu sahədə aparılan islahatlar, milli insan hüquqları təsisatları, müvəkkil təsisatının yaranması və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.