REGİONLAR


Xocavəndli məcburi köçkünlər 20 Yanvar faciəsi şəhidlərinin xatirəsini ehtiramla yad ediblər

Beyləqan, 21 yanvar, AZƏRTAC 

Azərbaycan xalqının tarixinə qanlı səhifə kimi daxil olmuş 20 Yanvar faciəsinin 29-cu ildönümü Beyləqan rayonu ərazisində məskunlaşmış xocavəndli məcburi köçkünlər tərəfindən silsilə tədbirlərlə qeyd edilib. Rayonun idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil müəssisələrində konfrans və yığıncaqlar keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 20 Yanvar faciəsinə həsr olunmuş ümumrayon tədbiri Yeni Xocavənd qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış “Xatirə Abidə Kompleksi” önündə keçirilib. Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, əmək kollektivlərinin nümayəndələri, məktəblilər, “N” saylı hərbi hissənin əsgərləri həzin musiqi sədaları altında abidə kompleksini ziyarət edib, önünə əklil və al qərənfillər düzüblər. Şəhidlərin ruhuna dualar oxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.