REGİONLAR


Xocavəndli məcburi köçkünlər 8400 hektarda payızlıq səpin aparıblar

Xocavənd, 4 yanvar, AZƏRTAC

Xocavənd rayonunda 2019-cu ilin məhsulu üçün taxıl səpini başa çatdırılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, məcburi köçkünlər 8400 hektar sahədə payızlıq səpin həyata keçiriblər. Bunun 8150 hektarı buğda, 250 hektarı isə arpadır.

Ötən il 8101,8 hektarda taxıl becərən xocavəndli məcburi köçkünlər 16 min 742,5 ton məhsul əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.